Həkimlərimiz saat 8:00-dan etibarən onlayndırlar
TR
AZ

MƏSAFƏDƏN SATIŞ MÜQAVİLƏSİ

1. TƏRƏFLƏR
Bu Müqavilə aşağıda göstərilən şərtlər çərçivəsində aşağıdakı tərəflər arasında imzalanmışdır.
1.1'İSTİFADƏÇİ'; Bu müqavilənin şərtlərini qəbul edərək müqavilə predmeti olan xidməti almaq üçün saytda qeydiyyatdan keçən şəxs. (bundan sonra müqavilədə “İSTİFADƏÇİ” adlandırılacaq)
1.2.‘ TURKDOKTOR'; TURKDOKTOR DANIŞMANLIK SAĞLIK LİMİTED
ŞİRKETİ (bundan sonra müqavilədə "TÜRKDOKTOR" adlandırılacaq)
Saytda İSTİFADƏÇİ qeydiyyatı yaradaraq müqavilə xidmətlərindən yararlanmaq istəyən şəxslərin bu məsafədən satış müqaviləsini oxuyub anladıqları, rəqəmsal mühitdə təsdiqlədikləri, ehtiva etdiyi hüquq, məsuliyyət və öhdəlikləri qəbul edib öhdəlik götürdükləri hesab olunur.

2. ANLAYIŞLAR
Bu müqavilənin tətbiqində və şərh edilməsində aşağıda yazılmış terminlər qarşılarında yazılmış açıqlamaları ilə ifadə ediləcəkdir.
2. 1. Vasitəçi Xidmət Təminatçısı: Turkdoktor Danışmanlık Sağlık Limited Şirketi’ni ifadə edir.
2.2. İnternet səhifəsi https://www.turkdoktor.pro/ adlı internet səhifəsini ifadə edir.
2.3. İstifadəçi: Bu müqavilə şərtlərini qəbul edərək müqavilə predmeti olan xidməti almaq məqsədi ilə səhifədə qeydiyyatdan keçən şəxs.
2.4. Həkim: Tibbin müxtəlif sahələrində ixtisaslaşmış, TURKDOKTOR-a məxsus internet səhifəsi vasitəsilə teletibb xidməti təqdim edən həkim.
2.5. Ünsiyyət kanalları: Ani bildiriş, e-poçt, sms, telefon kimi ünsiyyət
vasitələrini təmsil edir.
2.6. Mesaj: TURKDOKTOR’un, İstigfadəçilərə marketinq, araşdırma, məlumatlandırma, və s. məqsədlərlə göndərəcəyi, İstifadəçilərin TURKDOKTOR tərəfindən özlərinə göndərilməsinə icazə verdikləri mesajları ifadə edir.
2.7. Online Ödəniş Sistemi: İstifadəçinin internet səhifəsi üzərindən alacağı xidmətlə əlaqədar ödənişin TURKDOKTOR və ya TURKDOKTOR’un əməkdaşlıq etdiyi ödəniş qurumları tərəfindən, müqavilədə müəyyən edilmiş şərtlər daxilində kredit kartı, debet kartı, banklar tərəfindən təqdim olunan onlayn ödənişi dəstəkləyən digər ödəniş üsulları ilə istifadəçidən alınmasını təmin edən i ifadə edir.
2.8. Müqavilə: Bu məsafədən satış müqaviləsini ifadə edir.


3. MÜQAVİLƏNİN PREDMETİ
3.1. Bu Müqavilə İSTİFADƏÇİnin TURKDOKTOR’a aid internet səhifəsi üzərindən elektron mühitdə sifarişini verdiyi saytda keyfiyyətləri və satış qiyməti göstərilən xidmətin satışı və icrası ilə əlaqədar olaraq 6502 saylı İstehlakçının Hüquqlarının Müdafiəsi Haqqında Qanun və Məsafədən Müqavilələrə Dair Əsasnamənin müddəalarına uyğun olaraq tərəflərin hüquq və vəzifələrini tənzimləyir.
3.2. Saytda elan olunmuş qiymətlər satış qiymətləridir. Elan edilən qiymətlər və vədlər yenilənənə və dəyişdirilənə qədər etibarlıdır. Müəyyən müddət üçün elan edilən qiymətlər göstərilən müddətin sonuna qədər etibarlıdır.

4. MÜQAVİLƏNİN PREDMETİ OLAN XİDMTƏT HAQQINDA MƏLUMAT
4.1. Vasitəçi xidmət təminatçısı olan TURKDOKTOR tərəfindən İSTİFADƏÇİnin tələb etdiyi sahədəki həkimə istiqamətləndirərək müvafiq həkimdən teletibb xidmətini əldə etməsini təmin edilməsi müqavilənin predmetini təşkil edir. Xidmətin əsas xüsusiyyətləri internet saytında dərc olunur. Xidmətin əsas xüsusiyyətlərinə ediləcək əsaslı dəyişikliklər müvafiq bir müddət öncədən İSTİFADƏÇİlərə saytda qeydiyyatdan keçdikdə təqdim etdikləri əlaqə kanalları ilə və/və ya internet saytında elan edilməklə bildirilir. TURKDOKTOR tərəfindən kampaniya keçirilirsə, İSTİFADƏÇİLƏR kampaniya müddəti boyunca müvafiq xidmətin əsas xüsusiyyətlərini incələyə bilər.

5. ÜMUMİ MÜDDƏALAR
5.1. İSTİFADƏÇİ, TURKDOKTOR’a aid internet saytında müqavilənin predmeti olan xidmətin əsas keyfiyyətləri, satış qiyməti və ödəniş şəkli ilə xidmətin icrası ilə əlaqədar ön məlumatları oxuyub, məlumat sahibi olduğunu, elektron mühitdə lazımi elektron mühitdə lazımi təsdiqi verməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür. İSTİFADƏÇİ’nin, məsafədən satış müqaviləsini təsdiqləməsi, TURKDOKTOR tərəfindən İSTİFADƏÇİ’yə yerinə yetiriləcək xidmətin xüsusiyyətlərini, vergilər daxil olmaqla xidmətin dəyərini, ödəniş və icra məlumatlarını dəqiq və tam şəkildə əldə etdiyini qəbul edir, bəyan edir və öhdəsinə götürür.

5.2. TURKDOKTOR, Müqavilənin predmeti olan xidmətin tam və standartlara uyğun şəkildə dürüstlük və vicdanlılıq əsasları çərçivəsində xidmət keyfiyyətini qoruyub yüksəltməyi, işin icrası zamanı lazımi diqqət və qayğını göstərməyi, ehtiyyat və uzaqgörənliklə hərəkət etməyi qəbul edir, bəyan edir və öhdəsinə götürür.
5.3. TURKDOKTOR, sifariş edilən məhsul və ya xidmətin yerinə yetirilməsinin qeyri-mümkün hala gəlməsi halında müqavilənin predmeti olan öhdəliklərini yerinə yetirməzsə, bu vəziyyəti öyrəndiyi tarixdən etibarən 3 gün ərzində yazılı olaraq İSTİFADƏÇİyə bildirəcəyini, 14 günlük müddət ərzində ümumi dəyəri İSTİFADƏÇİyə qaytaracağını qəbul edir, bəyan edir və öhdəsinə götürür.
5.4. İSTİFADƏÇİ, Müqavilənin predmeti olan xidmətin yerinə yetirilməsi üçün bu Müqaviləni elektron mühitdə təsdiq edəcəyini, hər hansı səbəblə müqavilənin predmeti olan xidmətin dəyərinin ödənilməməsi və/və ya bank qeydlərində ləğv edilməsi halında TURKDOKTORun müqavilə predmeti olan xidmətin yerinə yetirilməsi öhdəliyinin başa çatacağını qəbul edir, bəyan edir və öhdəsinə götürür.
5.5.. İSTİFADƏÇİ, Müqavilənin predmeti olan xidmətin yerinə yetirilməsindən sonra İSTİFADƏÇİyə aid kredit kartının səlahiyyəti olmayan şəxslər tərəfindən istifadəsi nəticəsində Müqavilənin predmeti olan xidmətin dəyərinin müvafiq bank və ya maliyyə təşkilatı tərəfindən TURKDOKTOR’a ödənilməməsi halında, İSTİFADƏÇİ Müqavilənin predmeti olan xidmətin dəyərini 3 gün ərzində TURKDOKTOR’a ödəyəcəyini qəbul edir, bəyan edir və öhdəsinə götürür.
5.6. TURKDOKTOR, tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən proqnozlaşdırıla bilməyən və tərəflərin borclarını yerinə yetirməsinin qarşısını alan və/və ya gecikdirən halların yaranması kimi fors-major hallar səbəbi ilə müqavilənin predmeti olan xidməti vaxtında yerinə yetirə bilməsə, vəziyyəti İSTİFADƏÇİyə bildirəcəyini qəbul edir, bəyan edir və öhdəsinə götürür. İSTİFADƏÇİ də sifarişin ləğv edilməsini, müqavilənin predmeti olan xidmətin yerinə yetirilməsi müddətinin qarşısını alan vəziyyətin aradan qalxmasına qədər ertələnməsini TURKDOKTOR’dan tələb etmək haqqına sahibdir. İSTİFADƏÇİ tərəfindən sifarişin ləğv edilməsi halında İSTİFADƏÇİnin nəğd şəkildə həyata keçirdiyi ödənişlərdə məhsulun ümumi dəyəri 14 gün ərzinfə özünə nəğd şəkildə və bir dəfə geri ödənilir. İSTİFADƏÇİnin kredit kartı ilə həyata keçirdiyi ödənişlərdə isə xidmətin dəyəri sifarişin İSTİFADƏÇİ tərəfindən ləğv edilməsindən sonra 14 gün ərzində müvafiq banka geri qaytarılır İSTİFADƏÇİ, TURKDOKTOR tərəfindən kredit kartına geri ödənilən məbləğin bank tərəfindən İSTİFADƏÇİnin hesabına əks olunması müddəti 2 ilə 3 həftə ola biləcəyini, bu məbləğin banka geri ödənilməsindən sonra İSTİFADƏÇİnin hesablarına əks olunması tamamilə bank əməliyyatı prosesi ilə bağlı olduğundan, İSTİFADƏÇİ, mümkün gecikmələrə görə TURKDOKTORun məsuliyyət daşımadığını qəbul edir, bəyan edir və öhdəsinə götürür.
5.7. İSTİFADƏÇİ ilə sifariş zamanı istifadə edilən kredit kartı sahibinin eyni şəxs olmaması və ya xidmətin İSTİFADƏÇİyə təslim edilməsindən öncə sifarişdə istifadə edilən kredit kartı ilə bağlı təhlükəsizlik zəifliyi aşkar edilərsə, TURKDOKTOR, kredit kartı sahibi ilə bağlı şəxsi və əlaqə məlumatlarını sifarişdə istifadə edilən kredit kartından əvvəlki aya aid çıxarışını və ya kart sahibinin bankından kredit kartının özünə aid olduğuna dair yazını təqdim etməsini İSTİFADƏÇİdən tələb edə bilər. İSTİFADƏÇİ’nın tələbin predmeti olan məlumat/sənədlərin təqdim etməsinə qədər keçəcək müddət ərzində sifariş dondurulacaq, yuxarıda göstərilən tələblər 24 saat ərzində yerinə yetirilməzsə, TÜRKDOKTOR sifarişi ləğv etmək hüququna malikdir.
5.8. TURKDOKTOR istifadəçilərinə təcili yardım xidməti təqdim etmir. Həyatı təhlükə təşkil edən təcili hallar üçün istifadəşilər (xəstələr) təcili tibbi yardım çağırması və ya ən yaxın səhiyyə müəssisəsinin təcili yardım şöbəsinə müraciət etməlidir.

6. İSTİFADƏÇİNİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
6.1. Saytda qeydiyyatdan keçməklə İSTİFADƏÇİ bu məsafədən satış müqaviləsindəki bütün məzmunu qəbul edir və bu müqaviləyə uyğun olaraq saytdan istifadə etməyi öhdəsinə götürür.
6.2. İSTİFADƏÇİ TURKDOKTOR-un yalnız HƏKİM və İSTİFADƏÇİLƏR arasında əlaqəni təmin etmək/başlamaq funksiyasını yerinə yetirməsi, TÜRKDOKTOR-un bu görüşün metodu, forması və məzmunu ilə bağlı heç bir nəzarəti və ya müdaxiləsi olmadığını, HƏKİMLƏR tərəfindən açıqlanan məlumatların və tövsiyələrin məzmunu barədə TÜRKDOKTOR-un yoxlama və təsdiqləmə vəzifəsi olmadığını, bu məlumatlardan yarana biləcək mümkün zərərlərə görə TÜRKDOKTOR-un heç bir məsuliyyət qəbul etmədiyini və bu məsafədən satış müqaviləsini təsdiq etməsi ilə bunun haqqında İSTİFADƏÇİyə əvvəlcədən xəbərdarlıq etdiyini qəbul edir.
6.3. HƏKİM və İSTİFADƏÇİ arasındaki görüş saytda elan edilən ödənişin ödənilməsi qarşılığında saytda elan edilən vaxtla məhdudlaşır. Həyata keçirilən görüş kifayət etmədiyi halda həkim diqqət və qayğı öhdəliyinin tələbi olaraq, tələb olunan və əlavə fiziki müayinə üçün İSTİFADƏÇİni məlumatlandıra və istiqamətləndirə bilər. Lazımi və əlavə fiziki müayinə ilə əlaqədar yarana biləcək xərclər müqavilənin predmeti olan xidmətdən kənarda olub, bu əlavə təhlil və fiziki müayinənin aparılması İSTİFADƏÇİNİN ixtiyarındadır. TURKDOKTOR-un müqavilə üzrə məsuliyyəti ödənişli görüşün təşkili və təmin edilməsindən ibarətdir və TÜRKDOKTOR-un əlavə təhlil və fiziki müayinələr üçün təşkilati öhdəliyi və ya məsuliyyəti yoxdur.

6.4. TURKDOKTOR-un müqavilə üzrə məsuliyyəti İSTİFADƏÇİ ilə HƏKİM arasında görüşü təşkil etməkdən ibarətdir. HƏKİM və İSTİFADƏÇİ arasında qurulacaq xəstə-həkim əlaqəsi çərçivəsində mümkün xəstəliklərin diaqnozu və müalicəsi müddəti ərzində həkim və xəstənin hüquq və öhdəlikləri tərəflər arasındaki razılaşmanın tələbi olaraq tərəflər üçün məcburidir; bu prosesdə xəstə ilə həkim arasında tibbi fəaliyyətlərin icrası zamanı baş verə biləcək mümkün tibbi səhvlərə və fəsadlara görə TURKDOKTOR məsuliyyət daşımır..
6.5. TÜRKDOKTOR, qeydiyyat zamanı yalnız xidmətin yerinə yetirilməsi və məsafədən satışı ilə bağlı qanuni öhdəliklərə uyğun olaraq İSTİFADƏÇİYİNİN Şəxsiyyət vəsiqəsinin Nömrəsini, Adı, Soyadı, E-poçtu, Telefonu, Ünvanı və İP məlumatlarını alır və saxlayır. TURKDOKTOR İSTİFADƏÇİnin sağlamlığına aid heç bir məlumatı qəbul etmir, emal etmir, qeydə almır, saxlamır və ya ötürmür. əstənin bu cür şəxsi sağlamlıq məlumatları HƏKİM tərəfindən zəruri hesab edilərsə, üsul və forması HƏKİM və İSTİFADƏÇİ tərəfindən təyin ediləcək ünsiyyət vasitələri ilə həyata keçirilən həkim-xəstə görüşü zamanı HƏKİM tərəfindən götürülə və ya qeyd edilə bilər. TÜRKDOKTOR bu görüşlə bağlı heç bir nəzarət və müdaxilə edə bilməz. HƏKİMin səhiyyə qanunvericiliyindən irəli gələn qayğı və diqqət borcu, qeydlər aparmaq, sirr saxlamaq, xəstənin məxfiliyini və şəxsi məlumatları qorumaq, təhlükəsizliyini təmin etmək öhdəliyi var. HƏKİMin bu öhdəliklərinə görə TÜRKDOKTOR heç bir məsuliyyət daşımır.
6.6. İSTİFADƏÇİ təqdim olunan məlumatların düzgünlüyünü təsdiq və qəbul edir, TÜRKDOKTOR bu məlumatlarda qeyri-dəqiqlik aşkar edərsə, İSTİFADƏÇİnin qeydiyyatını dayandırmaq və ya silmək səlahiyyətinə malikdir.
6.7. İSTİFADƏÇİ yalnız bir hesab yaratmaq hüququna malikdir və bir şəxsin birdən çox hesab yaratdığı müəyyən olunarsa, TURKDOKTOR yaradılmış dublikat hesabla birlikdə orijinal hesabı silmək hüququna malikdir.
6.8. İSTİFADƏÇİ giriş məlumatlarının saxlanmasına və parolun qorunmasına görə məsuliyyət daşıyır. Giriş məlumatlarının üçüncü şəxslərin əlinə keçməsindən irəli gələn mümkün zərərlərə görə İSTİFADƏÇİ məsuliyyət daşıyır.
6.9. İSTİFADƏÇİ saytdakı fəaliyyəti zamanı TURKDOKTOR, HƏKİM və ya üçüncü şəxslərin hüquqlarını pozmayacağını, təhqir, böhtan, əxlaq və adət-ənənələrə zidd hərəkətlərə yol verməyəcəyini qəbul edir və öhdəsinə götürür.
6.10. İSTİFADƏÇİ saytdakı bütün məzmunun müəllif hüquqlarının TURKDOKTOR-a və ya onu paylaşan digər HƏKİM və İSTİFADƏÇİlərə məxsus olduğunu, onların surətinin çıxarmayacağını, başqa yerdə paylaşmayacağını, kommersiya məqsədləri üçün istifadə edə bilməyəcəyini qəbul edir və öhdəsinə götürür. Veb saytının məzmunu yalnız TÜRKDOKTOR-un icazə verdiyi ölçüdə və qaydada, vebsayta keçid və yönləndirilməklə sosial media kanallarında paylaşıla bilər.
6.11. İSTİFADƏÇİ internet saytına daxil olmaq və ya Həkim ilə İSTİFADƏÇİ arasında müəyyən ediləcək ünsiyyət üsuluna uyğun texniki infrastruktur baxımından istifadə etdiyi cihazın, aparatın, giriş xidmətlərinin və internet infrastrukturunun uyğunluğuna görə özü məsuliyyət daşıyır və infrastrukturun qeyri-kafi olması səbəbindən yarana biləcək giriş problemlərinə görə TÜRKDOKTOR heç bir məsuliyyət daşımır.
6.12. Saytda qeydiyyatdan keçməklə İSTİFADƏÇİ üzvlük formasındakı şəxsi məlumatların emalına razılıq vermiş sayılır. Qeydiyyat mərhələsində İSTİFADƏÇİ tərəfindən təqdim olunan şəxsi məlumatlar şəxsi məlumatlar qanunvericiliyinə, TÜRKDOKTOR-un şəxsi məlumat siyasətinə vəşəxsi məlumatlar üzrə məlumatlandırma mətninə uyğun olaraq saxlanılır və bu məlumatlar müvafiq qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulmuş məqsədlər istisna olmaqla üçüncü şəxslərlə paylaşıla bilməz. İSTİFADƏÇİ məlumatları yalnız anonimləşdirilməklə statistik məlumat kimi dərc edilə bilər.
6.13. İSTİFADƏÇİ istənilən mövzu ilə bağlı istək, rəy, şikayət və suallarını internet saytındakı əlaqə forması və ya TÜRKDOKTORun internet saytında elan edilmiş əlaqə məlumatları vasitəsilə göndərə bilər.

7. TURKDOKTOR’UN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
7.1. TÜRKDOKTOR bu məsafədən satış müqaviləsi qüvvədə olduğu müddətcə müqavilənin məzmununa uyğun xidmət göstərəcəyini qəbul edir və öhdəsinə götürür.
7.2. TURKDOKTOR bu məsafədən satış müqaviləsinin məzmununu və internet saytında təklif olunan xidmətləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. TURKDOKTOR, məsafədən satış müqaviləsində İSTİFADƏÇİ əlehinə edəcəyi dəyişiklikləri İSTİFADƏÇİLƏRİN qeydiyyatdan keçmiş əlaqə məlumatları vasitəsilə bildirir.
7.3. Həkimlərin internet saytından şəxsən və ya təşkilati olaraq istifadə edib-etməməsinə nəzarət etmək TURKDOKTORun öhdəliklərinə aid deyil. TURKDOKTOR-dakı həkimlər TURKDOKTOR-un işçiləri və ya daimi əməkdaşları deyil, internet saytında qeydiyyatdan keçərkən HƏKİM MÜQAVİLƏSİNİ təsdiqləmək və səriştəsini nümayiş etdirmək üçün lazımi diplom və sertifikatları TÜRKDOKTOR-a təqdim edərək digər İSTİFADƏÇİLƏR kimi internet saytında hesab açan və istifadə edən şəxslərdir.
7.4. İnternet saytındakı şikayət bildir düymələri ilə TÜRKDOKTORa göndərilən bütün şikayətlər TÜRKDOKTOR tərəfindən diqqətlə araşdırılır. Araşdırma nəticəsində TURKDOKTOR şikayətin predmeti olan məzmunu silmək, dəyişdirmək, İSTİFADƏÇİ qeydiyyatını məhdudlaşdırmaq, dondurmaq, ləğv etmək hüququna malikdir.
7.5. Texniki baxım və digər səbəblərə görə TURKDOKTOR müəyyən bir müddət və ya qeyri-müəyyən müddət üçün internet saytına girişi dayandıra bilər. Bu vəziyyət internet saytı daxil olmaq istəyən şəxslərə internet saytı üzərindən bildirilir.
7.6. TURKDOKTOR internet saytında TURKDOKTORdan başqa üçüncü şəxslərin məzmununa link verə bilər. Bu linklər reklam məqsədləri üçün sponsorlu linklər ola bilər və ya istinad və ya məsləhət məqsədləri üçün platforma, həkim və ya İSTİFADƏÇİ tərəfindən əlavə edilmiş linklər ola bilər. TURKDOKTOR bu linklərin məzmununa görə heç bir məsuliyyət daşımır. Linkin verilməsi bu linkdəki məzmunun mənimsənildiyi, qəbul edildiyi və məzmunda olan məlumatların təsdiqləndiyi anlamına gəlmir. Linkin üzərinə klikləməklə, İSTİFADƏÇİ üçüncü tərəf saytının və ya vebsaytının istifadə şərtlərinə tabe olur. TURKDOKTOR təqdim olunan xarici linklərdəki məzmunu səbəbindən mümkün zərərlərə görə məsuliyyət daşımır.
7.7. TÜRKDOKTOR internet səhifəsindəki dəyişikliklər, kampaniya və elanlar, həkimlərlə bağlı xəbərlər və yeniliklər, iş ortaqlığı olduğu üçüncü şəxslərlə bağlı kampaniyalara dair məlumatları İSTİFADƏÇİlərinə poçt, broşür, e-poçt, sms göndərə və telefon zəngləri edə bilər. Bu ünsiyyətə icazə verilməsi və ya əlaqə icazəsinin ləğvi İSTİFADƏÇİNİN nəzarəti altındadır.
7.8. TURKDOKTOR şəxsi hüquqlarını pozan, cinayət tərkibli paylaşımlar edən, məsafədən satış müqaviləsinə zidd hərəkətlər edən İSTİFADƏÇİNİN qeydiyyatını əvvəlcədən xəbərdarlıq etmədən ləğv etmək və internet saytına girişinin qarşısını almaq hüququna malikdir.

8. İMTİNA HÜQUQU
8.1. İSTİFADƏÇİ; Bu müqavilənin imzalandığı tarixdən sonra 14 (on dörd) gün ərzində heç bir hüquqi və ya cinayət məsuliyyəti üzərinə götürmədən və heç bir səbəb göstərmədən TÜRKDOKTORu xəbərdar etmək şərti ilə xidmətdən imtina edərək müqavilədən imtina etmək hüququndan istifadə edə bilər. İmtina haqqı müddəti başa çatmadan öncə, istehlakçının razılığı ilə xidmətin yerinə yetirilməsi başlanılırsa, imtina hüququnu istifadə edə bilməz. İSTİFADƏÇİ, bu müqaviləni qəbul etməklə, imtina hüququ barədə məlumatlandırıldığını əvvəlcədən qəbul edir.
8.2. İmtina hüququnun istifadəsi üçün 14 (on dörd) günlük bir müddət ərzində TURKDOKTORa Sifarişli poçt, faks və ya elektron poçt vasitəsilə yazılı bildiriş göndərilməlidir.
8.3. İmtina hüququnun istifadəsi ilə birlikdə İSTİFADƏÇİyə daha sonra alacağı xidmətlərdə istifadə etmək üçün kupon İmtina hüququnun istifadəsi ilə birlikdə İSTİFADƏÇİyə sonradan alınacaq xidmətlərdə istifadə etmək üçün kupon müəyyən edilir. Lakin İSTİFADƏÇİNİN istəyi ilə kupon əvəzinə pul geri qaytarıla bilər.
8.4. İmtina hüququ xidmətin yerinə yetirilməsinin başladığı saatdan ən gec 24 saat əvvəl istifadə edilməlidir. 24 saatdan daha az müddət öncədən edilən imtina tələbləri nəzərə alınmayacaq.

9. MƏSULİYYƏT
9.1. İngternet saytında heç bir məlumat və paylaşım müalicə və diaqnostika məqsədləri üçün istifadə edilə bilməz. HƏKİM və İSTİFADƏÇİ arasında əlaqə fiziki müayinəyə alternativ olaraq qəbul edilə bilməz. TÜRKDOKTOR bu görüşə nəzarət və müdaxilə edə bilməz. İnternet saytının İSTİFADƏÇİ ilə HƏKİM arasında tibbi proseslərdə vasitəçilik etmək missiyası yoxdur.
9.2. TURKDOKTOR, HƏKİM və İSTİFADƏÇİ arasında keçirilən görüş zamanı verilən ifadələrin diaqnoz və müalicə kimi tətbiqinə və bu səbəbdən İSTİFADƏÇİyə və ya üçüncü şəxslərə dəyə biləcək zərərlərə görə heç bir məsuliyyət daşımır. Bu məsafədən satış müqaviləsi ilə TURKDOKTOR, internet saytında yer alan heç bir məlumatın tibbi tövsiyə ya da diaqnoz ve müalicə üsulu olaraq qəbul edilməməsi barədə İSTİFADƏÇİLƏRə xəbərdarlıq edir və bu məsafədən satış müqaviləsi ilə bəyan edir.
9.3. İSTİFADƏÇİ internet səhifəsi üzərindən görüşdüyü həkimdən fiziki randevu tələb edə bilər. TÜRKDOKTORun bu randevunun həyata keçirilməsi və təşkili ilə bağlı heç bir vəzifəsi və ya məsuliyyəti yoxdur. Mümkün randevu və sonrakı müayinə, diaqnostika və müalicə proseslərinə görə TURKDOKTOR məsuliyyət daşımır.
9.4. TURKDOKTOR, bu müqavilədə nəzərdə tutulan xidmətdən başqa, HƏKİM və İSTİFADƏÇİLƏRin öz aralarında pul alış-verişi edib-etmədiyinə nəzarət etmək öhdəliyi daşımır. Mümkün xarici HƏKİM-İSTİFADƏÇİ arası pul alış-verişi zamanı yarana biləcək hər hansı hüquqi mübahisələrə görə TURKDOKTOR
məsuliyyət daşımır.
9.5. TURKDOKTORun internet saytı vasitəsi ilə HƏKİMlər tərəfindən edilən açıqlamaların və paylaşımların məzmununun düzgünlüyünü və sağlamlığını araşdırmaq və ya yoxlamaq kimi vəzifəsi yoxdur. HƏKİM tərəfindən edilən paylaşımların məzmunundaki səhvlər səbəbindən baş verə biləcək zərərlərə görə TÜRKDOKTOR heç bir məsuliyyət daşımır.
9.6. TURKDOKTOR, İSTİFADƏÇİ və ya HƏKİMlərin internet saytına təqdim etdiyi şəxsi məlumatlarının düzgünlüyünü təsdiq etmək məcburiyyətində deyil. TURKDOKTOR, İSTİFADƏÇİ və HƏKİMlərdən tələb etdiyi məlumatlarla bağlı ona ötürülən məlumatların, diplomların, sertifikatların və lisenziyaların düzgün olduğunu güman edərək, fiziki şəxslərə və həkimlərə müxtəlif icazələr verə bilər və internet saytında həkimin bəyan etdiyi ixtisasını profil bölməsinə yaza bilər. Zəruri hallarda müvafiq peşə birliklərindən bu məlumatların düzgünlüyünün təsdiq edilməsi məsuliyyəti İSTİFADƏÇİLƏRin üzərinə düşür və bu məlumatların yanlış olması səbəbi ilə İSTİFADƏÇİ və ya üçüncü şəxslərə dəymiş zərərə görə TÜRKDOKTOR məsuliyyət daşımır.

10. DİGƏR MÜDDƏALAR
10.1 İSTİFADƏÇİ bu məsafədən satış müqaviləsindəki şərtləri qəbul edərək internet saytında qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçdikdən sonra bu spesifikasiyada göstərilən qaydalara tabe olmağı dayandıran İSTİFADƏÇİ üzvlüyünü dərhal dayandırmalıdır. İSTİFADƏÇİnin hesabının silinməsini tələb etməsi həm də bu məsafədən satış müqaviləsinin ləğvi anlamına gəlir.
10.2. TURKDOKTOR və İSTİFADƏÇİ; təbii fəlakətlər, səfərbərlik, müharibə, epidemiyalar kimi iradəsindən asılı olmayan fors-major hallar səbəbindən bu məsafədən satış müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıya bilməzlər.
10.3. İSTİFADƏÇİnin üzvlüyünü silməsi avtomatik olaraq onun vebsayt məzmununda olan bütün paylaşımlarının silinməsi ilə nəticələnmir. İSTİFADƏÇİnin internet saytının məzmunundan silinməsini istədiyi məzmunla əlaqədar olaraq vebsaytda olan əlaqə forması və ya TÜRKDOKTORun əlaqə məlumatı kanalı vasitəsilə də sorğu göndərə bilər.

11. ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMƏMƏ VƏ BUNUN HÜQUQİ NƏTİCƏLƏRİ
11.1. İSTİFADƏÇİ ödəniş əməliyyatlarını kredit kartı ilə həyata keçirdiyi halda öhdəliklərini yerinə yetirməzsə, kart sahibi bank ilə arasında bağlanmış kredit kartı müqaviləsi çərçivəsində faizləri ödəyəcəyini və banka qarşı məsuliyyət daşıyacağını qəbul edir, bəyan edir və öhdəlik götürür. Bu vəziyyətdə müvafiq bank qanuni tədbir görə bilər; yaranacaq xərcləri və vəkillik haqqını İSTİFADƏÇİDƏN tələb edə bilər və istənilən halda İSTİFADƏÇİnin borcuna görə öhdəliklərini yerinə yetirmədikdə, İSTİFADƏÇİ borcun icrasının gecikdirilməsi səbəbindən TÜRKDOKTORa dəymiş itki və zərəri ödəyəcəyini qəbul edir, bəyan edir və öhdəlik götürür.

12. QÜVVƏYƏ MİNMƏ
12.1. İSTİFADƏÇİ Saytda qeydiyyatdan keçərkən bu müqavilənin bütün şərtlərini qəbul etmiş hesab edilir. TURKDOKTOR xidməti həyata keçirmədən öncə bu müqavilənin saytda İSTİFADƏÇİ tərəfindən oxunduğunu və qəbul edildiyini təsdiqləmək üçün lazımi proqram təminatı tənzimləmələrinə görə məsuliyyət daşıyır.

13. MÜBAHİSƏLƏRİN HƏLLİ
13.1. İstanbul Anadolu Məhkəmələri və İcra Büroları müqavilədən irəli gələn mübahisələri həll etmək səlahiyyətinə malikdir.